“Neftçi” keçmiş futbolçusu: “Bu, mənim üçün hər şeydir”

0
314769

“Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdən “Neftçi”nin 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:

“”Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Ora mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu, mənim üçün hər şeydir. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Görüş hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here