Onun sözlərinə görə, martın 12-i səhər tezdən şəhərin cənub-qərbində İŞİD terrorçuları ilə polislər arasında ağır döyüşlər gedir. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı həlak olub. Döyüşlər zamanı həmçinin İŞİD-in 9 terrorçusu da məhv edilib. Onlardan biri kamikadzedir.
Bundan əlavə, beynəlxalq koalisiyanın hərbi hava qüvvələri Mosulun qərbinə zərbələr endiriblər. Nəticədə 11 dinc sakin həlak olub. Ət-Talibi bildirib ki, İraq ordusu terrorçulara sarsıdıcı zərbə endirmək üçün Əl-Cədidə rayonu ərazisində İŞİD-ə qarşı yeni cəbhə açmağı planlaşdırır.
Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi ötən il, oktyabrın 17-də Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda əməliyyatın başlandığını bəyan edib. Şəhər 2014-cü ilin iyunundan silahlı qruplaşmanın nəzarəti altındadır.
VOİCEPRESS.AZ