Müəllimlərin maaşı belə hesablanacaq – RƏSMİ

15 Mart, 16:54

Bakı şəhəri üzrə Təhsil İdarəsi qaydanı açıqlayıb

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. VOİCEPRESS-in Bakı şəhəri üzrə Təhsil İdarəsindən aldığı məlumata görə, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı “Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here