MSK sədrindən siyasi partiyalara MÜRACİƏT

6 Mart, 18:07

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, siyasi partiyaların illik maliyyə hesabatının təqdim edilməsi müddəti aprelin 1-də başa çatır: “Ona görə siyasi partiyalara müraciət edirəm ki, illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu məsələlərlə beynəlxalq qurumlar da maraqlanırlar”.

M.Pənahov bildirib ki, hesabatı müəyyən vaxtda təqdim etməyən siyasi partiyalarla bağlı qanunvericilyə uyğun qaydada tədbirlər görüləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here