Moskva Ermənistana heç bir Qarabağ qarantiyası verə bilmir

16 Mart, 12:01

Ermənistan KİV-i son günlər əsas diqqəti Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələrə və aprelin 2-də keçiriləcək parlament seçkilərinə yönəldib.

VOİCEPRESS-in məlumatına görə, “168 jam”n qəzeti manşetə Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfərini və bu ölkənin prezidenti Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ müzakirəsini çıxarıb.

Qəzet yazır ki, Sarkisyan-Putinin Qarabağ üzrə danışıqlarından həmişəki bəyanatlardan başqa heç nə gözləmək lazım deyil. Yenə münaqişənin həlli yolu üzrə sülh çağırışları edildi.

“Halbuki, indiki halda Ermənistana böyük zəmanətdən başqa heç nə lazım deyil. Çünki Azərbaycan Ordusu hərbi əməliyyatlara başlaya və daha dərinliyə qədər irəliləyə bilər. Lakin Moskva heç bir qarantiya verə bilmir, hazırda Qarabağ münaqişəsi sanki öz həyatını yaşayır”, – deyə qəzet yazır.

“Aykakan Jamanak” qəzeti isə Sarkisyanın Rusiyaya səfərini deyil, parlament seçkilərinə daha çox yer verib.

Qəzet yazır ki, ölkədə əhali artıq seçkiqabağı təbliğat və təşviqat kampaniyasına etmiad etmir və bunu müxtəlif sosioloji sorğular da təsdiqləyir.

“Çünki hakimiyyət saxtakarılıqla məşğuldur, hər şeyi öz xeyrinə dəyişir. Lakin bir mərkəz var ki, onların sosial sorğusu maraq doğurmaya bilməz. Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, əhalinin çoxu ölkədəki vəziyyətdən, hakimiyyətdən narazıdır. Nəticələrə görə, ölkə əhalisinin 78 faizi Sarkisyan hakimiyyətindən yüksək səviyyədə narazılıq edir, 51 faiz isə son illər vəziyyətin pisləşdiyini qeyd edir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 78 faizi aprelin 2-də keçiriləcək seçkilərdə Sarkisyanla döyüşə çıxacaq”, – deyə qəzet yazır.

“Aykakan Jamanak” həmçinin yazır ki, Sarkisyan iqtidarı da boş oturmur. Bildirirlir ki, iqtidar seçkilərdə qələbə qazanmaq üçün müvafiq qurumlarla, təşkilarlara 100 milyon ABŞ dollarından çox rüşvət verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here