Millimiz Türkiyəyə qalib gəldi

0
314178

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bu gün İranın Abadan şəhərində start götürən Dünya Kuboku yarışında ilk rəqibi olan Türkiyə yığmasını məğlub edib.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Azərbaycan pəhləvanları rəqiblərini 5:3 hesabı ilə üstələyiblər. Yığmanın heyətində Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) rəqiblərindən güclü olublar. Rövşən Bayramov (59 kq), Kamran Məmmədov (66 kq) və Rafiq Hüseynov (80 kq) isə görüşlərini məğlubiyyətlə başa vurub.

Azərbaycanlı yığmasının növbəti rəqibləri Belarus və Ukrayna yığmaları olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası B qrupunda mübarizə aparır. Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here