Millimiz hər 2 görüşdə rus klubuna uduzdu

2 Mart, 14:39

Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli “Stavropolye-SKFU” klubu ilə 2 görüş keçirib.

Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub – 23:29.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here