Millət vəkili: “Azərbaycanın MSŞT üzvlüyündən çıxarılması bütün cəhətlərdə xoşagələn hal deyil”

13 Mart, 16:39

“Azərbaycanın MSŞT üzvlüyündən çıxarılması bütün cəhətlərdə xoşagələn hal deyil və ziyanı xeyrindən çox olacaq”

“Ölkəmizin Beynəlxalq Mədən Sənayesi Şəffaflığının Təşəbbüsü Təşkilatının üzvlüyündən çıxarılmasının Azərbaycanın Avropada yeni boru çəkilməsi üçün beynəlxalq maliyyə bazarından kredit ala bilməsi işinin çətinləşəcəyinə dəlalət edəcəyini düşünmürük”.

Bunu VOİCEPRESS-in sorğusuna millət vəkili Əli Məsimli açıqlamasında deyib. O, qeyd edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır: “Azərbaycan hökuməti həmişə hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəkləyib. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatı əvvəlcə Azərbaycanın statusunun aşağı salması və indi də çıxarılması bütün cəhətlərdə xoşagələn hal deyil və ziyanı xeyrindən çox olacaq. Bu məsələ təbii ki,mənfi təsirlərini göstrəcək. Amma Cənub Qaz Dəhlizi ayrıca məsələdir. Cənub Qaz Dəhlizi kimi tanınınan layihələr dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Bu layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən çox aktual olduğu qədər də çox mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək və XXI əsrin energetika siyasətinə korrektələr gətirəcək. Ən əsası isə ABŞ və Avropa bu layihənin reallaşdırılmasında maraqlıdırlar.Ona görə də ölkəmizin Beynəlxalq Mədən Sənayesi Şəffaflığının Təşəbbüsü Təşkilatının üzvlüyündən çıxarılmasının Azərbaycanın Avropada yeni boru çəkilməsi üçün beynəlxalq maliyyə bazarından kredit ala bilməsi işinin çətinləşəcəyinə dəlalət edəcəyini düşünmürük. Layihənin müxtlif səbəblərdə gecikdirilməsi məqamları ola bilər. Amma bunun Azərbaycanın Beynəlxalq Mədən Sənayesi Şəffaflığının Təşəbbüsü Təşkilatının üzvlüyündən çıxarılması ilə əlaqəli olacağı inandırıcı görünmür. Bütün iri layihələr kimi Cənub Qaz Dəhlizi layihələrinin maliyyləşdirilməsində müəyyən ləngimələr və zaman aparan prosedur xarakterli problemlər yarana bilər, amma mühüm geopolitik məna kəsb edən bu layihələr maliyyələşdiriləcək”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here