Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.
VOİCEPRESS xəbər verir ki, R. Hüseynzadə qərarını qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında açıqlayıb. İclasda bildirilib ki, bu gün Şuranın icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.
Əflatun Amaşov R. Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib. R. Hüseynzadə təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İdarə Heyətinin üzvləri istefanı qəbul ediblər.

VOİCEPRESS.AZ