Məşhur futbolçu karyerasını başa vurdu

24 Mart, 18:38

Almaniya millisi və “Stuttgart”ın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard futboldan kənar işlərlə məşğul olacağını bildirib. Kuranyi “Stuttgart”, “Schalke”, “Dinamo Moskva” və “Hoffenheim” kimi klubların şərəfini qoruyub. O, bir neçə il Bundestimin də formasını geyinib. 2008-ci il 11 oktyabrda Rusiya ilə matçın əsas heyətinə düşməyən futbolçu millinin düşərgəsini özbaşına tərk etmişdi. Bundan sonra Yoahim Löv bir daha onu Almaniya millisinə çağırmamışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here