Mədə sağlamlığına faydalı olan 3 qida

6 Mart, 15:30

Elm adamları insanları rahatlaşdıran və gecə daha yaxşı yuxuya getmələrini təmin edən qidaların adlarını açıqladı: soğan, kəvər və ənginar. Bu qidalar prebiyotik baxımından zəngindir və ehtiva etdikləri prebiyotiklər mədəmizdəki faydalı bakteriyaları qidalandırır. Mədəmizdə olan bu bakteriyalar mədə sağlamlığımıza faydalıdır və metabolik məhsulların bədənimizdə yayılmasını təmin edərək beyindəki qayğı və qorxunun azalmasını təmin etdiyi sübut edilmişdir.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, prebiyotiklərin təsirini sınamaq üçün bir qrup elm adamı laboratoriyada siçanlar üzərində təcrübələr aparmışdır. Prebiyotik qatqılı yem verilən siçanların REM yuxuları daha uzun sürmüşdür. REM yuxusunda bədən istirahət edir və özünü təmir etməyə başlayır.
Stressə məruz qalmalarına baxmayaraq prebiyotik qatqılı yemlərlə qidalanmış siçanlar REM yuxusunda daha çox zaman keçirmişdirlər.
REM yuxusunda insan yuxu görür və alimlər hesab edirlər ki, bu stressi azaldır. Gecə yaxşı ya da kifayət qədər yata bilməmək stressi aradan aparmayan təməl hadisələrdən biridir. Əvvəlki araşdırmalarda stressin mədə bakteriyalarının sağlamlığını azaltdığı sübut edilmişdir. Ənginar və kəvər kimi prebiyotik baxımından zəngin olan qidalar mədə bakteriya sağlamlığımızı sabit bir şəkildə qoruyur və stressin bədənimizə olan təsirini azaldır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here