Diyeqo Armando Maradona işsiz qalıb.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis FİFA-nın səfiri vəzifəsindən istefaya gedib. Onun bu qərarı qəbul etməsinə səbəb Marsello Tinellinin Argentina millisinin meneceri təyin edilməsi ilə bağlıdır. Tinelli ölkəsində məşhur teleaparıcıdır. FİFA prezidenti Canni İnfantino hələlik Maradonanın istefasına baxmayıb.
VOİCEPRESS.AZ