Luis Enrike mövsüm başa çatdıqdan sonra “Barselona”nın baş məşqçisi postunu tərk edəcək.VOİCEPRESS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
“Mənə göstərilən etimada görə kluba minnətdarlığımı bildirirəm. Bu inanılmaz üç il idi”, deyə 46 yaşlı L.Enrike bildirib.
“Mənə göstərilən etimada görə kluba minnətdarlığımı bildirirəm. Bu inanılmaz üç il idi”, deyə 46 yaşlı L.Enrike bildirib.
Qeyd edək ki, L.Enrikenin rəhbərliyi altında “Barselona” iki dəfə İspaniya çempionu olub (2014/15, 2015/16), İspaniya Kuboku (2014/15, 2015/16) və Superkubokunu qazanıb (2016). Həmçinin 2014/15-ci il mövsümündə klub UEFA Çempionlar Liqası, 2015-ci ildə UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.
VOİCEPRESS.AZ