Los-Anceles xəritədən silinə bilər

11 Mart, 08:19

ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bu qənaətə mütəxəssislər regionda okean dibinin təhlilini həyata keçirəndən sonra gəliblər.

Qeyd edilib ki, Los-Anceles və San-Dieqo ətrafında sualtı yer qabığının çatlaması 30-40 faiz ətrafındadır. “Bu, o demək deyil ki, güclü zəlzələ olacaq. Amma 5 və ya 6 bal gücündə yeraltı təkan kifayət edəcək ki, Kaliforniyada ciddi dağıntılar qeydə alınsın”.

Mütəxəssislər qeyd edib ki,sonuncu dəfə bu cür zəlzələ 1933-cü ildə Lonq-Biçdə baş verib. Həmin zəlzələ nəticəsində 113 nəfər həlak olub.

Qeyd edək ki, Kaliforniya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən hesab olunur. 1906-cı ildə San-Franssiskoda baş vermiş zəlzələ nəticəsində 3 mindən çox adam həlak olmuş, şəhər tamamilə dağılmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here