Londondakı terrorda şübhəli bilinən 9 nəfər saxlanıldı

24 Mart, 18:45

Londonda törədilən terror aktında şübhəli bilinən 9 nəfər saxlanılıb.

VOİCEPRESS apa -ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra 16 ünvana baxış keçirilib. Həmin ünvanlardan bir çox sənəd və cihazlar maddi sübut kimi götürülüb.

Qeyd edək ki, İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu – Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here