Londonda baş verən teraktın qurbanı Melissa Kokrendan şad xəbər var

0
314767

İngiltərənin paytaxtı Londonda baş verən teraktın simvolu sayılan şəkildəki amerikalı qadın Melissa Kokrendan şad xəbər var.

Hücum nəticəsində ərini itirən Melissa hazırda qoltuğaltı dəyənəkləri vasitəsi ilə gəzə bilir.

Evliliklərinin 25-ci ildönümlərini qeyd etmək üçün Londona gedən cütlük Vestminister körpüsündəykən terrorçu Xalid Məsudun sürətlə sürdüyü avtomobilinin altında qalaraq əzilmişdi.

VOİCEPRESS xəbər verir ki, Britaniya mediasının “Dul, yaralı, amma gülümsəyir” başlığı ilə təqdim etdiyi xəbərlərdə bildirilib ki, terrorçular qələbə qazana bilməyiblər.

Hazırda xəstəxanada müalicə alan amerikalı qadının ayağında qırıqlar və qoltuq dəyənəkləri ilə hərəkət edə bilir.

Ona yardım məqsədi ilə 75 min dollar yığılıb. Melissa Cochran onun üçün pul bağışlayan və dəstək olanlara təşəkkür edib.

Qeyd edək ki, Londonda baş verən terror hücumu nəticəsində biri polis olmaqla 4 nəfər həyatını itirib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here