“Lokomotiv” voleybol komandası Azərbaycan çempionatının qalibi olub

0
313593

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin daha iki görüşü olub.
VOİCEPRESS
xəbər verir ki, günün ilk görüşündə “Neftçi” və “Lokomotiv” komandaları üz-üzə gəliblər. Görüşün ilk setini 25:19 hesabı ilə başa vuran “dəmiryolçular”, ikinci setdə məğlubiyyətlə üzləşiblər – 21:25. Qələbədən ruhlanan “Neftçi” üçüncü setə də iddialı başlayıb. Bunun nəticəsi kimi onlar hesabda rəqibini 5 top fərqi ilə geridə qoyublar. Lakin sonadək mübarizə aparan “Lokomotiv” setin gedişini dəyişib və 26:24 hesabı ilə qalib gəlib. Növbəti setdə də qalib gələn (25:20) “Lokomotiv” çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib. Xal hesabını 15-ə, ən yaxın izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran dəmiryolçular bununla da çempion tituluna yiyələniblər.

Günün ikinci matçında “Naxçıvan” və MOİK komandaları üz-üzə gəlib. Böyük əhəmiyyətə malik olan qarşılaşmada ilk set “Naxçıvan” komandasının xeyrinə başa çatıb – 25:23. İkinci setdə 19:25 hesabı ilə məğlub olan “Naxçıvan” komandası, üçüncü setdə 25:22 hesablı qələbəyə sevinib. Növbəti set isə “hərbçilər”in xeyrinə (25:18) başa çatıb. Sonuncu – beşinci setdə də qalib gələn MOİK meydanı 3:2 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, martın 30-da final mərhələsinin sonuncu görüşləri keçiriləcək. “Lokomotiv” MOİK ilə, “Neftçi” isə “Naxçıvan” komandası ilə üz-üzə gələcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here