Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb.
VOİCEPRESS xəbər verir ki, son aylarda havanın yağıntılı keçməsinə baxmayaraq, Kür çayının səviyyəsi aşağı düşməkdə davam edir. Çayın səviyyəsi son on gündə 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində kiçik adacıqlar yaranıb, bu səbəbdən də bəzi su nasosları quruda qalıb. Nəticədə nasoslar tam gücü ilə işləyə bilmir.
Mütəxəssislərin fikrincə, çayda suyun səviyyəsi bu templə aşağı düşərsə, suvarma mövsümündə fermerlər, təsərrüfat sahibləri kənd təsərrüfatı işlərində ciddi çətinliklərlə üzləşə bilərlər.
VOİCEPRESS.AZ