Kürdəmir rayonunda “Pambıqçılığın inkişafı məsələlərinə dair” müşavirə keçirilib

0
314490

Martın 29-da rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 28 mart 2017-cil il tarixdə Saatlı rayonunda keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair” müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Kürdəmir rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirilib.

VOİCEPRESS xəbər verir ki, müşavirədə Kürdəmur Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq istehsalçıları iştirak ediblər.

Müşavirədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir. Hazırda regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Kürdəmir rayonunda da öz bəhrəsini verməkdədir. Kürdəmir həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.

Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə cənab Prezidentin bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, ölkə rəhbəri çıxışında pambıqçılığın inkişafının artıq reallıq olduğunu və 2016-cı il dönüş ili kimi tarixə keçdiyini söylədi. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuş, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, bütün gücləri səfərbər edərək dönüş yaradılmışdır. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.

Ceyhun Cəfərov bildirib ki,pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırıb. Bunun nəticəsidir ki, son illərlə müqayisədə (2015-ci ildə 22 ha , 2016-cı ildə 1911 ha) bu il dəfələrlə çox 4000 hektar su mənbəyinə yaxın və melorativ cəhətdən əlverişli torpaq sahələri müəyyən edilmiş,dondurma şumu aparılmış və arat işləri başa çatdırılmış,sahələr səpin üçün hazır vəziyyətə gətirilmişdir.Pambıq əkiləcək sahələr suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş,suvarma şəbəkələri qurulmuşdur.

Sonra Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Əşrəf Şükürov, Saatlı MKT İK MMC-nin Kürdəmir rayon şöbəsinin müdiri Ağalar Hacıyev və pambıq istehsalçıları çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.
Yekunda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd etdi, tapşırıq və göstərişlərini verdi.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here