Küləkli havada dənizə aparılan neftçilərlə bağlı AÇIQLAMA

0
313713

Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

VOİCEPRESS xəbər verir ki, dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür.

SOCAR-ın mətbuat xidmətindən sayta bildirilib ki, adi günlərdə dənizdəki platformalara maksimum 5 helikopter uçuşu nəzərdə tutulsa da, bu gün 3 uçuş planlaşdırılır: “Helikopter xidmətini göstərən şirkət icazə verildiyi halda dənizə uçuşların mümkün olduğunu bildirib və bu günə 3 reys planlaşdırılıb. Reyslərdən ikisi günortaya kimi, digəri isə günortadan sonra baş tutacaq və neftçilərimizin rutin növbə dəyişməsini həyata keçirəcək. Bununla belə neft platformalarında bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir”.

Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı neftçilərin adi günlərdə olduğu kimi Zabrat hava limanına çağırıldığını, uçuş olmasa da, burada gözləməli olduqlarının bildirildiyini deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here