Kətan toxumunun faydaları saymaqla bitmir

0
314398

E və K vitaminləri ehtiva edən kətan bitkisi, bundan əlavə, kalsium, mis, dəmir baxımından zəngindir. Kətan toxumu tam bir maqnezium anbarıdır.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, bundan başqa Omega 3 yağları baxımından çox zəngindir. Buna görə kətan toxumu xüsusilə arıqlamaq istəyən şəxslərin və vegetarianların əsas istehlak etdiyi qidalardan biridir. İndi isə, gəlin kətan toxumunun bəzi faydaları ilə yaxından tanış olaq:

– Ürək sağlamlığını qoruyur, xolesterolun səviyyəsini aşağı salır, bağırsaqları işlədir, dərini yumşaldır, oynaq narahatlıqlarında ağrı və şişməyə qarşı faydalıdır.
– Aparılan araşdırmalar kətan toxumunun bəzi xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu göstərmişdir.
– Bədənin sağlam olması üçün ehtiyac duyduğu Omega 3 yağ turşusunu ehtiva edir.
Kətan toxumunu istehlak edərkən nələrə diqqət etmək lazımdır:
– İstiliyə məruz qalmamalı və yemək hazırlanmasında istifadə edilməməlidir.
– İşıqdan qorumaq vacibdir.
– Böyük şüşələrdə satılanlar əvəzinə kiçik şüşələri seçin.
– Dondurularaq qorunmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here