Kəmərə görə kimlər cərimələnməyəcək?

1 Mart, 12:00

Onlar məsuliyyətə cəlb oluna bilməzlər

Avtomobilin konstruksiyasında təhlükəsizlik kəməri yoxdursa, həmin sərnişinlər cərimə olunmayacaq. Çünki təhlükəsizlik kəməri zavod istehsalı olmalıdır. VOİCEPRESS xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev istipressə müsahibəsində deyib. Onun sözlərinə görə, əsas cərimə kəmər olduğu halda onu taxmayanlara tətbiq olunur.

“Əgər bir avtomobilin istehsalında arxa oturacaqlarda təhlükəsizlik kəməri yoxdursa və yol polis əməkdaşı müəyyyən etsə, o zaman həmin sərnişinlər məsuliyyətə cəlb oluna bilməzlər. Bəzi avtomobillərin arxa hissəsində 3 nəfərlik oturacaq var və yalnız onların ikisinə kəmər quraşdırılıb. Məsələn həmin nəqliyyat vasitələrinin kəmər olmayan hissəsində əyləşən sürücü cərimə oluna bilməz”.

Şöbə rəisi bildirdi ki, ancaq əksinə konstruksiyada kəmər olubsa və o sökülübsə bu qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat məbləğində cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən ön və ya arxa oturacaqda əyləşən sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etmirsə, 30 manat cərimə edilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here