Əsgərlər xəstəxanaya yerləşdirilib
Qırğızıstanın cənubunda hərbçiləri daşıyan “KamAZ” markalı yük maşını yaşayış evinə çırpılıb. VOİCEPRESS-in məlumatına görə, insident bu gün Kadamjay şəhərində qeydə alınıb.
Hadisə nəticəsində 28 hərbçi xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.
VOİCEPRESS.AZ