Yaralılar arasında nəzarətçilər də var
Meksikada həbsxanada qiyam baş verib. VOİCEPRESS-in RİA-ya istinadən verdiyi xəbərə görə, hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb. Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb.
“Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb.
Ümumiyyətlə 2016-ci ilin fevral ayında Meksinakın həbsxanalarında qiyam nəticəsində 49 nəfər ölüb.
VOİCEPRESS.AZ