Güləşçilərimiz 1 qızıl, 1 bürünc medal qazandı

0
313702

Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından VOİCEPRESS-ə verilən məlumata görə, çempionatın ilk günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirdə 65 kiloqram çəki dərəcəsində yarışan Teymur Məmmədov ilk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı Haydar Yavuz zədələndiyindən Azərbaycan təmsilçisi qalib elan olunub.

Digər təmsilçimiz İsmayıl Abdullayev (74 kq) əvvəlcə İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisini məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Üçüncü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçıya qalib gələrək bürünc medal əldə edib.

Pərviz İbrahimov (57 kq) isə ilk iki görüşündə Rumıniya və Gürcüstandan olan rəqiblərinə qalib gəlib. Rusiya idmançısı ilə gərgin keçən yarımfinal görüşündə uduzan güləşçimiz

bürünc medal uğrunda mübarizəyə haqq qazanıb. Bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzan idmançımız beşinci yerlə kifayətlənib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here