ABŞ-da tələbələr arasında bədii gimnastika çempionatında 21 yaşlı Hasli Mossettin çıxışı sosial şəbəkələrdə sensasiyaya səbəb olub.
VOİCEPRESS ABC-yə istinadən bildirir ki, Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) tələbəsi H.Mossett çıxışında Beyonsenin “Single Ladies” mahnısının sədaları altında təmrinləri icra edib.
Hakimlər onun çıxışını çox yüksək dəyərləndiriblər və Haylinin orta balı 9,975 olub. Bir hakim isə ona ən yüksək 10 balı verib.
H.Mossettin qeyri-ordinar çıxışı sayəsində UCLA əzəli rəqibi Arizona Universitetinə qalib gəlib.
VOİCEPRESS.AZ