Gənclər üçün Təhsil Mərkəzi Qarabağ müharibəsində əsir düşmüş 63 vətəndaşın ailəsi ilə görüşüb

0
313655

Gəncədə Qarabağ müharibəsində itkin düşmüş insanların xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı anım tədbiri keçirilib.



Mərkəzdən VOİCEPRESS-ə bildiriblər ki, Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, şəhər icra hakimiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ müharibəsində Gəncə və Samuxdan itkin düşmüş 63 vətəndaşın ailə üzvləri iştirak ediblər.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə tədbiri açaraq bildirib ki, məqsədimiz Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinə, yaxınlarına, əsasən də ana və bacılarına sosial-psixoloji dəstək göstərməkdir.

Digər çıxış edənlər itkin düşmüş insanların ailə üzvlərinin hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını bildiriblər.

Tədbirdə 6 ay davam edən proqram çərçivəsində itkin düşmüş insanların ailə üzvləri arasında sıx əlaqə yaradıldığı, onlara sosial–psixoloji dəstək göstərildiyi qeyd olunub.

Sonda Samux rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here