Fransanın daxili işlər naziri istefa verdi

0
313942

Fransanın daxili işlər naziri Brüno Le Ru istefa verdiyini elan edib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Brüno Le Ru nazir postunda cəmi 3 ay və 15 gün ərzində qala bilib.

Bu günlərdə Fransa prokurorluğu nazirə qarşı istintaq araşdırmasının başladığını bəyan edib. Məlumata görə, nazirin iki qızı vaxtilə parlamentdə onun köməkçiləri vəzifəsində çalışıb. Məktəbli və tələbə olan qızlara ümumilikdə 55 min avro əməkhaqqı verilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here