Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib. VOİCEPRESS-in məlumatına görə, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.
F.Qoca sayta açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: “Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib”.
Mərhumun 52 yaşında olduğu bildirilir.
VOİCEPRESS.AZ