VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən xərçəng xəstəliklərinə qarşı qorunmada qırmızı rəngli meyvə və tərəvəzlər mütləq qida rasionumuzda yer almalıdır.
Qoz: Yüksək Omega 3 və polifenol (çox güclü antioksidamt) tərkibinə sahib olan qoz, çəki nizamlanmasında, ürək xəstəlikləri və xərçəngdən qorumada təsirlidir. Daimi istehlak edildiyində isə, iltihablanmanın qarşısını almağa kömək edir.
Bənövşəyi rəngli qidalar: Böyürtkən, badımcan və qırmızı çuğundur kimi bənövşəyi rəngli qidalar, antiaging xüsusiyyətdə olduğundan yaşlanmağı gecikdirirlər.
Yaşıl rəngli qidalar: Kahı, avakado, yaşıl üzüm və yaşıl ərik kimi yaşıl rəngli qidalar, C vitamini və minerallar baxımından son dərəcə əhəmiyyətlidir. Hər gün ən az 1 ovuc istehlak edilməlidir.
Sarı rəngli qidalar: Kök, şaftalı, ərik, bal, balqabaq və xurma kimi sarı rəngli qidalar, immuniteti gücləndirmək üçün yüksək beta karotin məzmunu ilə diqqət çəkirlər. Xüsusilə fəsil dəyişikliklərində bizə dəstək olurlar.
VOİCEPRESS.AZ