Eyfel qülləsi terror təhlükəsinə qarşı qorunacaq

0
314420

Fransa hökuməti ölkədə terror aktlarının qarşısını almaq üçün tədbirlər görür. VOİCEPRESS-in Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, son zamanlar ölkədə baş verən terror aktları ilə bağlı məsələlərin həlli üçün xüsusi şura yaradılıb.

“Der Spiegel” nəşrinin yazdığına görə, hələ yanvarın ortalarında Paris şəhər rəhbərliyi Eyfel qülləsi ətrafında 2.5 met hündürlüyündə gülləkeçirməyən şüşə divarın çəkilməsi ilə bağlı müzakirələr aparırmış.

Müzakirələrdə hər il 7 milyon turistin ziyarət etdiyi Fransanın simvolu Eyfel Qülləsinin güllə keçirməyən şüşə ilə qorunması layihəsinə razılıq verib.

Qüllənin ön və arxa tərəfinə 2,5 metr hündürlüyündə güllə keçirməyən şüşə panellərin yerləşdirilməsi, təhlükəsizlik nəzarəti ilə giriş və çıxışların olduğu sağ və sol tərəflərə isə metaldan barmaqlıqlar qoyulması planlaşdırılır.

Qüllə ətrafında hərəkət edən nəqliyyat marşrutları da dəyişdiriləcək. 2018-ci ilin son 3 ayı ərzində başa çatdırılması planlaşdırılan layihə, 20 milyon avroya başa gələcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here