Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

0
314680

Ötən il iyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələrlə bağlı başladılan cinayət işi nəticəsində həbs edilən 10 siyasi məhbusun yaxınları, bu gün yenidən ölkənin Baş prokurorluğu qarşısında etiraz aksiyasına başlayıblar.

VOİCEPRESS erməni KİV-nə istinadən xəbər verir ki, onlar qanunsuz olaraq həbs edilən siyasi məhbusların azad edilməsini tələb ediblər.

Siyasi fikirlərinə görə polis tərəfindən zorakılıqla həbs edilən Eduard Zeytunyanın həyat yoldaşı qeyd edib ki, bu gün onlar iş bitənə qədər qalacaqlar və gündəlik oturaq aksiyası təşkil etməklə diqqətlərini həbs edilən yaxınlarının üzərinə çəkəcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here