O, iddia edib ki, əgər Rusiya Türkiyə ilə istədiyi münasibəti qura bilərsə, bu Ermənistanın marağında olar.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ermənilərin yaddaşında ötən əsrin əvəllərində “tarixi torpaqlarının” Türkiyəyə verilməsi ilə bağlı inciklik hələ də var.
Onun sözlərinə görə, Rusiya və Ermənistanın bərabər qoşun birləşməsinin yaradılması barədə razılaşma və 102-ci bazanın mövcudluğu Türkiyənin Cənubi Qafqaz ərazisindəki proseslərə Türkiyənin cəlb olunmasının mümkünlüyünə ciddi cavabdır.
Bununla da erməni naziri mümkün Qarabağ müharibəsinə cəlb edilə biləcəyi təqdirdə Türkiyəni Rusiya ilə hədələmiş olub.
Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu bu gün Moskvada Birləşmiş qoşun qruplaşması yaratmaq haqqında sazişi ötən ilin noyabr ayında imzalayıblar. Vigen Sarkisyanın sözlərinə görə, sözügedən birgə qoşun qruplaşmasına hazırda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil olacaq.
VOİCEPRESS.AZ