Ermənistan şərtsiz barışıq sazişinə razılaşdı

10 Mart, 20:23

“Münasibətləri normallaşdırmağa hazırıq”

Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Türkiyə ilə münasibətləri düzəltməyə hazır olduqlarını deyib.

VOİCEPRESS-in “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Yunanıstanın xarici işlər naziri Nikos Kocyasla İrəvanda görüşən Edvard Nalbandyan: “Ermənistan prezidenti Serj Sarkisyan Türk-Erməni münasibətlərini normallaşdırmaq üçün çalışır, amma Türkiyə razılaşmadan imtina edib” – deyib.

Nalbandyan bildirib ki, Ermənistan heç bir şərt olmadan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyindədir.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol 2009-cu ildə imzalanıb. Protokol 2015-ci ildə Ermənistan parlamenti tərəfindən ləğv edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here