Ermənilər ən yeni silah almaq istəyir

0
313770

Sarkisyan: “Hərbi növbədə olan silahların istifadəsinə mane olan texnika almaq istəyirik”

Azərbaycanın hər gün artan hərbi potensialı erməniləri qorxuya salmaqda davam edir. Ermənistan Azərbaycanın hərbi potensialının qarşısında dayanmaq üçün Rusiyadan yeni hərbi texnika almaqda maraqlıdır. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.
Erməni nazir hansı silahların arzusunda olduqlarını da açıqlayıb. “Biz xüsusi ilə Azərbaycanın artırılan arsenalını balanslaşdıran və hərbi növbədə olan bir sıra silahların istifadəsinin qarşısını alan texnikanın əldə edilməsində maraqlıyıq”.

Sarkisyan deyib ki, onlar ancaq rusiyalı tərəfdaşları ilə deyil, bir sıra başqa partnyorları ilə də danışıqlar aparırlar. “Biz silahlı qüvvələrin inkişafı planımıza əsaslanaraq ən müxtəlif silah-sursat almışıq və alırıq”.

Qeyd edək ki, ötən ilin aprel ayında cəbhədə baş verən dörgünlük müharibədən sonra Azərbaycanın balansında olan hərbi texnika erməniləri xeyli narahat edib. Qarşı tərəf dəfələrlə ən yaxın tərəfdaşı olan Rusiyadan Azərbaycana silah-sursat satmamasını xahiş edib. Lakin aldıqları cavab onları qane etməyib. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək. “Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə (Azərbaycan və Ermənistan nəzərdə tutulur-red.) strateji tərəfdaşımızdır”.

Ermənistan – Azərbaycan təmas xəttində baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Təsdiqlənən kredit müqaviləsinin dəyəri 200 milyon dollardır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here