Ermənilər işğal altında olan torpaqlarda hərbi təlim keçir

22 Mart, 17:55

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

VOİCEPRESS -ya istinadən xəbər verir ki, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here