Ermənistanın politoloqu Levon Şirinyan Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaqdan danışıb. VOİCEPRESS “Ru.1in.am”a istinadən xəbər verir ki, politoloq bildirib ki, Ermənistan ordusu iki istiqamət üzrə Azərbaycana zərbə vurmalıdır:
“Zərbələr Yevlax və Sabirabada endiriləcək. Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq üçündür. Əgər Ermənistanda emiqrasiya bu templə davam etsə bizim üçün heç bir perspektiv görünmür. 20 il sonra əlimizdə olan texnikanı kim işlədəcək? İndi Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb – Ya nələrisə dəyişməli, ya da hər şeyi lazımı şəkildə yerinə yetirməyə hazır insanlara yol verməlidir. Bundan sonra genosidə yol verə bilmərik. Ermənistan genişlənməlidir. İlk öncə bu beyinlərdə, daha sonra isə konkret məkanlarda və ərazilərdə baş verməlidir”.
VOİCEPRESS.AZ