Martın 10-da Rusiyaya səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.
VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən açıqlamada əsas diqqətin beynəlxalq terrorizmlə mübarizə və regional problemlərin həllinə yönələcəyi bildirilir.
“Regional problemlərin aktiv müzakirəsi gözlənilir. Ilk növbədə Suriya münaqişəsinin həlli və beynəlxalq terrorizmlə mübarizə perspektivləri əsas müzakirə mövzusu olacaq”.
Bundan başqa, Putin və Ərdoğan iki ölkənin Ali Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak edəcəklər.
VOİCEPRESS.AZ