Emin Ağalarov “Əfsanələrlə maraqlı gecə”ni paylaşdı

0
314212

Müğənninin fanatları bunu maraqla qarşılayıb

VOİCEPRESS xəbər verir ki, dünya şöhrətli müğənni Emin Ağalarov şəxsi Instagram səhifəsində məşhur kanadalı müğənni David Foster və amerikalı pop müğənni Lionel Rici ilə birlikdə Kaliforniya, Los-Ancelesdən çəkdiyi şəkil və videonu paylaşıb.

Emin Ağalarov şəklin altından “əfsanələrlə maraqlı gecə” şərhini yazıb. Qeyd edək ki, 68 yaşlı Devid Foster məşhur Kanada müğənnisidır. O, həmçinin də musiqi tarixində ən uğurlu prodüserlərdən biri də hesab olunur. 14 dəfə “Qremmi” mükafatı alan müğənni onun üçünü məhz “İlin ən yaxşı prodüseri” nominasiyasında alıb. Layonel Riçi isə amerikalı müğənni, şair, prodüser və aktyordur. O, 1968-ci ildən “Commodores” adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçi solo karyerasında “Lionel Richie” albomuyla debüt edərək böyük uğur qazanmışdır.

Müğənninin fanatları onun paylaşdığı şəkil və videoya minlərlə şərh yazıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here