Əli Həsənov: “BMT-nin qətnamələrin icrasına eyni münasibət göstərməməsi təşkilatın nüfuzuna böyük zərbə vurur”

0
314417

“BMT-nin qətnamələrin icrasına eyni münasibət göstərməməsi təşkilatın nüfuzuna böyük zərbə vurur”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” panelində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:

“Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. İkili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır. BMT Dağlıq Qarabağla bağlı qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir. Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılması üçün ciddi zərurət ortaya çıxır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here