Suriya şimal-qərbində İdlib şəhərinin yaxınlığında ABŞ silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən buraxılmış raket nəticəsində Əl-Qaidə lideri Əbu al-Khayr əl-Məsri öldürülüb.
VOİCEPRESS-in Reuters agentliyinə istinadən veridiyi xəbərə görə, bu haqda anonim qalmaq istəyən dövlət rəsmisi məlumat verib.
Qeyd edək ki, 59 yaşlı əl-Məsri, Ayman az-Zavaxirinin başçılıq etdiyi qruplaşmada ikinci adam olub. Bildirilir ki, əl-Məsrinin arvadı Əl-Qaidəidənin keçmiş lideri Üsamə bin Ladenin qızıdır.
VOİCEPRESS.AZ