Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib.
VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Misir Dövlət Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəməsi keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb. Bu, son qərardır və qərardan şikayət oluna bilməz.
Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.
Qeyd edək ki, 2012-ci ildən bəri davam edən proses “əsrin cinayət işi” adlandırılırdı.
VOİCEPRESS.AZ