Əbülfəs Qarayevdən iranlı musiqiçi Meysam Hodratın Dağlıq Qarabağ bölgəsində konsert verməsinə etiraz

0
314265

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.

VOİCEPRESS-in məlumatına görə, nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: “Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam”.

Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olan Dağlıq Qarabağ ərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here