Dollar, Avro qarşısında dəyərdən düşdü

11 Mart, 09:11

Dollar, Avropa Mərkəzi Bankı rəsmilərinin monetar təşviq proqramı başa çatdan əvvəl faizləri qaldırmağı müzakirə etməyə başladıqları barədə xəbərin ardınca Avro qarşısında dəyərdən düşüb. VOİCEPRESS marja-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:48 olan məlumata görə, Avro, Dollar qarşısında 0.9% dəyər qazanıb və 1.0671-dən əməliyyat olunub. Avro bölgəsi istiqrazlarının faizləri yuxarı qalxıb, Avropa səhmləri ucuzlaşıb.

Məsələ ilə əlaqəli bir neçə nəfərə görə, Avropa Mərkəzi Bankının rəsmiləri, istiqraz alşı proqramı başa çatmadan əvvəl faizləri artırmaq ehtimalını qiymətləndirir.

Ad vermək istəməyən bir neçə Avropa Mərkəzi Bankı rəsmisi, İdarə Heyəti üzvlərinin 9 Martda keçirdiyi iclasda, ənənələrə uyğun gəlməyən səpkidə mövcud olan təşviq proqramından uzaqlaşmağa dair müzakirə aparıblar. İdarə Heyəti, üzərində fikir mübadiləsi apardıqları bu məsələyə dair hər hansı bir vaxt cədvəli və ya spesifik ssenari təyin etməyib

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here