VOİCEPRESS xəbər verir ki, kəlbəcərli girovun ailəsi erməni qadının Bakıya gəlməsinə xüsusi dəstək verdiyinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan onlar üçün də analoji şərait yaradılmasını tələb edir. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında Polad Bülbüloğluna üz tutaraq atası ilə görüşə dəstək olmasını istəyib: “Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. 2 il 6 aydı atamın səsini eşitmirəm. Necə olur, erməni Bakıya əlini-qolunu sallaya-sallaya gələ bilir. Hətta burda keflə qarşılanır, yola salınır, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır. Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”.
VOİCEPRESS.AZ