Dəm qazı yenə can aldı

11 Mart, 09:08

Astarada 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Barzubənd kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlahə Həsənağa qızı Əmirova vanna otağında huşsuz halda aşkar edilib. Dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, qadın orada keçinib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here