Dəhşətli qəza ilə bağlı 2 sürücü saxlanıldı

9 Mart, 14:44

VOİCEPRESS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, “ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı “ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here