Çexiya prezidentinə porno tələ qurulubmuş

0
313758

Çexiya prezidenti Miloş Zemanın dediyinə görə, ötən il Lana qəsrindəki yay iqamətgahında olanda kompüterinə haker hücumu olub.

VOİCEPRESS
European-a istinadən bildirir ki, Çexiyanın dövlət başçısı Frekkvence-1 telekanalına verdiyi müsahibəsində bu barədə danışıb. Onun sözlərinə görə, ABŞ-ın Alabama ştatındakı hakerlərin hücumundan sonra kompüterində uşaq pornoqrafiyası aşkarlayıb.

“Onları məsuliyyətə cəlb etmək üçün mütəxəssislərə üz tutdum. Məlum oldu ki, həmin faylları kompüterimə amerikalı hakerlər yükləyiblər. Özü də hakerlər vasitəçilərin yardımından istifadə etmişdilər”, – M.Zeman söyləyib.

Bu ilin yanvar ayının sonlarında Çexiya XİN-in serverləri haker hücumuna məruz qalıb. Naməlum şəxslər xarici işlər naziri Lubomir Zaoralekin və onun müavinlərinin poçt qutularından məlumatları oğurlayıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here