Castin Biber yenə tərbiyəsizlik etdi

15 Mart, 13:13

Nə istəiyirsiniz məndən?! Rədd olun burdan, murdar alçaqlar! Adamı xəstə edərsiniz siz!
Məşhur kanadalı müğənni Castin Biber onun görüntülərini çəkmək istəyən jurnalisitlərə bu sözləri deyib.

VOİCEPRESS ABC-yə istinadən bildirir ki, olay Avstraliyanın Kuinslend əyalətində, Sanşayn Kost sahillərindəki kiçik özəl adada yaşanıb.

23 yaşlı Castin Biber bu adada istirahət edir.

Nusa arxipelaqının yanındakı Meykpis adlı bu kiçik ada ingilis milyarder Riçard Brensona məxsusdur.

C.Biber bu adanı bir həftəlik icarəyə götürüb. İcarə pulu bir sutkaya görə 5500 dollardır.

Kanadalı müğənni Avstraliyada turnedədir. O, Melburn şəhərindəki “Etihad Stadium”da konsertə yollanarkən arenanın qarşısındakı fanatlarlarla qarşılaşmışdı.

Sinirlənmiş müğənni fanat qızlardan birini təhqir edib: “Sənə baxanda ürəyim bulanır!”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here