Bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq – 5 GÜN

0
313927

Azərbaycanda “Formula-1” yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

VOİCEPRESS
bildirir ki, Bakı Şəhər Halqasından “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here